CƏMİYYƏT


İİÇV-yə qarşı vaksinin insanlar üzərində sınaqlarına bu il başlanacaq

Bakı, 19 iyul, AZƏRTAC 

Alimlər tibb tarixində İİÇV-yə qarşı ilk vaksinin insanlar üzərində sınaqlarına bu il başlayacaqlar. Sınaqlar uğurlu olsa, bu təhlükəli virusun epidemiyasının qarşısını həmişəlik almaq mümkün olacaq. Herpes virusu əsasında hazırlanan bu preparat kliniki tədqiqatlar zamanı makaka-rezusların 60 faizini meymunlarda təsadüf olunan İÇV virusundan təmizləyib. Sonralar bu ştammın təsirinə məruz qalan heyvanların 75 faizi üç ilə qədər müddət ərzində bu virusa qarşı rezistentlik nümayiş etdirib. ABŞ-ın Oreqona ştatının alimləri 30 ildir ki, bu vaksin üzərində işləyirlər. AZƏRTAC “MedikForum”a istinadla xəbər verir ki, bu gün həmin inyeksiyanı İİÇV-yə qarşı mübarizədə ən yaxşı vasitələrdən biri adlandırırlar və nəhayət, insanlar üzərində sınaqdan keçirməyə hazırlaşırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.