MƏDƏNİYYƏT
III RESPUBLİKA KARİKATURA SƏRGİSİ AÇILMIŞDIR
Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov açılış mərasimində çıxış edərək, ölkəmizdə karikatura janrının ənənələrini xatırlatdı və dedi ki, karikaturaçılarımız indi də sənətin bu aktual sahəsində fəal işləyirlər, onların əsərləri beynəlxalq müsabiqə və sərgilərdə göstərilir. O, karikaturaçıların bu yaxınlarda keçirilən beynəlxalq müsabiqəsində qalib gələn rəssamları təbrik etdi.
Rəssamlar İttifaqı idarə heyətinin üzvü Arif Hüseynov, “Azərbaycan karikaturası” Cəmiyyətinin sədri Hafiz Nəsrətoğlu, “Kirpi” jurnalının baş redaktoru Polad Qasımov karikaturaçıların son illərdəki işindən danışdılar. Arif Hüseynov AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirmişdir ki, “Azərbaycan karikaturası” Cəmiyyəti Avropa Karikaturaçılar Konfederasiyasına daxil olmuşdur. Karikatura sərhəd bilmir və hamıya aydındır. Həyatın mənfi tərəflərinə gəlincə, bu hallar bütün cəmiyyyətlərdə var. Rəssamlarımız beynəlxalq müsabiqələrdə iştirak edirlər, bir çox mükafatlara layiq görülmüşlər. İndi cəmiyyətin üzvləri Yuqoslaviya və Türkiyədə keçiriləcək sərgilərə hazırlaşırlar.