ELM VƏ TƏHSİL


III qrupun yüksək reytinqli ixtisaslarında ötən illə müqayisədə bir qədər aşağı keçid balları formalaşa bilər

Bakı, 16 avqust, AZƏRTAC

Üçüncü ixtisas qrupu üzrə ayrılmış 15 min 157 plan yerinin 4593-ü dövlət sifarişlidir.

AZƏRTAC xəbər verir ki, bunu ali təhsil müəssisələrinə ixtisas seçiminin başlanması ilə əlaqədar canlı yayımda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə söyləyib.

Qeyd olunub ki, yüksək bal toplayanların sayı bu il ötən illə müqayisədə daha azdır. Yüksək reytinqli ixtisaslarda ötən illə müqayisədə bir qədər aşağı keçid balları formalaşa bilər.

Bu ixtisas qrupu üzrə ayrılmış plan yerlərinə subbakalavrların qəbul olmaq şansları daha azdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.