CƏMİYYƏT


İİV-ə yoluxma diaqnozunun qoyulması ölüm demək deyil

Bakı, 19 may, Aytac Haqverdiyeva, AZƏRTAC

İİV-ə yoluxmuş insanlar uzun müddət heç bir xəstəlik əlaməti hiss etmir və xarici görünüşlərində heç bir dəyişiklik baş vermir. İİV-lə bağlı qoyulan diaqnoz ölüm demək deyil. Həmin xəstəliyə yoluxmuş insanlar sağlam və işgüzar həyat tərzi yaşaya bilərlər.

AZƏRTAC xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin psixoloqu Günel Bəbirova “İnsanın immunçatışmazlığı virusunun törətdiyi fəsadlar, sıfır ayrı-seçkilik, stiqma və diskriminasiya ilə bağlı maarifləndirmə” tədbirində deyib.

G.Bəbirova, eyni zamanda, qeyd edib ki, kütləvi informasiya vasitələri maarifləndirmə tədbirləri ilə stiqmanı azalda bilərlər. Həmin xəstəlikdən əziyyət çəkənlərin təcrid olunmadıqlarını görmələri onlar üçün ümidverici haldır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.