MƏDƏNİYYƏT


II Avropa Oyunlarının azarkeş zonalarından birində Azərbaycan Mədəniyyəti və Ənənələri Günü keçiriləcək

Bakı, 20 iyun, AZƏRTAC

II Avropa Oyunlarının azarkeş zonalarından birində iyunun 20-də Azərbaycan Mədəniyyəti və Ənənələri Günü keçiriləcək. Tədbir 20:00-da başlayacaq.

AZƏRTAC Belarus Respublikasının İnformasiya Nazirliyinin məlumatına istinadla bildirir ki, Azərbaycanın Əməkdar artisti, I və II Avropa Oyunlarının səfiri Tünzalə Ağayeva konsert proqramı ilə çıxış edəcək. O, pop-caz-folk üslubunda bir neçə kompozisiya ifa edəcək.

Gecədə Azərbaycanın və Belarusun xalq kollektivlərinin çıxışları, milli mətbəxin yeməklərinin dequstasiyası olacaq və Bakıda I Avropa Oyunları zamanı çəkilmiş fotoşəkillərin sərgisi keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.