II ELİZABET 102 İL ÖMÜR SÜRƏ BİLƏR

Britaniya alimləri əmin edirlər ki, insan özü öz həyatını uzada, yaxud da qısalda bilər. Onların fikrincə, çox yaşamaq üçün insan keyfiyyətli qidalanmalı, ali təhsil almalı, evdə it və ya pişik saxlamalı, xoşbəxt ailə qurmalı və nikbin düşüncələrə malik olmalıdır.

Lakin çoxlu miqdarda alkohol içmək, 16 yaşından məktəbi atmaq, ekoloji cəhətdən əlverişsiz ərazidə yaşamaq, boşanmaq və quru yeməklərdən istifadə etməklə insan ölümünü 10 il qısalda bilər.

AZƏRTAC xarici informasiya agentliklərinin yaydığı məlumata əsasən bildirir ki, Britaniya jurnalistləri alimlərin illərlə apardığı tədqiqatların nəticələrini təcrübədə tətbiq etmişlər. Belə ki, alkohola, narkotiklərə, siqaretə aludə olan və üstəlik qastrollarda daim stres keçirən tanınmış roker Ozzi Osborn, hesablamalara görə, hələ 12 il bundan öncə dünyanı tərk etməli olduğu halda, ailəyə möhkəm bağlılıq və arvadı Şeronun məhəbbəti onu belə bir aqibətdən qoruyub saxlamışdır.

“Uzunömürlü” Elizabet Teylor da taleyin bu səxavəti üçün orqanizminin təbii möhkəmliyinə minnətdar olmalıdır. Çünki alkohol düşkünü olan ünlü aktrisa düz yeddi dəfə boşanmış və həyatı boyu müxtəlif streslərə məruz qalmışdır.

Ən yaxşı həyat tərzinə görə Madonna və II Elizabet seçilmişdir. Məşhur pop-ulduz sevimli əri ilə kənd yerində yaşayır və təmiz hava udur, düzgün qidalanır, buna görə də 88 il yaşamaq ehtimalı vardır.

II Elizabet isə 102 yaşınadək ömür sürə bilər. Firavan ailədə boya-başa çatmış kraliça da keyfiyyətli qidalanır, ailəsi də xoşbəxtdir. Tək bircə xoşagəlməz amil odur ki, onun sarayı Londonun qazla çirklənmiş mərkəzindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.