İQTİSADİYYAT


II Regional Hakatonunda iştirak üçün müraciət qəbulu başlayıb

II Regional Hakatonunda iştirak üçün müraciət qəbulu başlayıb

Bakı, 6 iyun, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə strateji tərəfdaşlıq çərçivəsində Azərbaycan Beynəlxalq Bankı və IBA İnnovasiyanın təşkilatçılığı ilə II Regional Hakaton keçiriləcək.

AZƏRTAC xəbər verir ki, ölkəmizdə innovasiya ekosisteminin inkişafı məqsədilə ardıcıl layihələr reallaşdıran Azərbaycan Beynəlxalq Bankı II Regional hakatonunda iştirak üçün müraciət qəbulunun başlandığını elan edib. Hakaton iyulun 2-dən 4-dək keçiriləcək.

Pandemiya şəraitini nəzərə alaraq tədbir onlayn formatda keçiriləcək.

Hakatonun əsas istiqamətləri pərakəndə xidmətlər üzrə açıq innovasiyalar, müştəri məmnuniyyəti və loyallıq həlləri ilə bağlı olacaq. Proqramçılar, data analitiklər, dizaynerlər, sahibkarlar, menecerlər, maliyyə sahəsində innovativ həllərə maraq göstərən hər kəs II Regional Hakatonuna qoşula bilər. İştirakçılar təşkilatçı tərəfin formalaşdırdığı komandalarda çalışacaqlar. Digər komanda yoldaşları ilə birgə mövcud problemlərə kreativ həllər taparaq layihələrini münsiflərə təqdim edəcəklər.

Komandalara kömək üçün dünyanın müxtəlif ölkələrindən cəlb edilmiş peşəkar mentorlar çalışacaq. Hakaton iştirakçılarına öz layihələrinin prototipini hazırlamaqdan ötrü 48 saat vaxt veriləcək.

1-ci yerin qalibi üçün 3000, 2-ci yerin qalibi üçün 2000, 3-cü yerin qalibi üçün 1000 manat məbləğində mükafat veriləcək. Xüsusi seçilmiş layihələrə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən də mükafatların verilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.