DÜNYA


IKEA kompaniyası 7,5 min əməkdaşını işdən çıxaracaq

Bakı, 21 noyabr, AZƏRTAC

İsveçin IKEA kompaniyası biznesin inkişafı strategiyasının dəyişdirilməsi çərçivəsində 30 ölkədə 7,5 min əməkdaşını işdən azad etməyi planlaşdırır. Hazırda IKEA-da təxminən 160 min nəfər çalışır.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bununla yanaşı, kompaniya dünyanın ən böyük 30 meqapolisində mağazalar açmaqla 11,5 min yeni iş yeri yaratmaq niyyətindədir. Eyni zamanda, IKEA online-ticarət sahəsinə investisiyanı artırmağı nəzərdə tutur.

IKEA kompaniyası mebel və məişət əşyaları ticarətində dünyanın ən iri pərakəndə satış şəbəkələrindən biridir. Onun 50-dən çox ölkədə 422 mağazası fəaliyyət göstərir. Ötən maliyyə ilində bu mağazalara 957 milyon müştəri gəlib. Həmin dövr ərzində kompaniyanın 35 ölkədə fəaliyyət göstərən internet-mağaza saytlarına isə 2,5 milyard baxış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.