İQTİSADİYYAT


İKİQAT VERGİQOYMA TƏDRİCƏN ARADAN QALDIRILIR

Vergilər Nazirliyində Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri hökumətləri arasında ikiqat vergiqoymanın aradan qaldırılması, gəlir və əmlakdan tutulan vergilərdən yayınmanın qarşısının alınması haqqında saziş layihəsinin ilkin müzakirələri keçirilmişdir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, Birləşmiş Ərəb Əmirlikləri Maliyyə və Sənaye Nazirliyinin və Azərbaycan Respublikası Vergilər Nazirliyinin mütəxəssisləri layihənin müddəalarını ayrı-ayrılıqda müzakirə ediblər və bir sıra maddələr üzrə ekspertlər səviyyəsində razılığa gəliblər. Digər maddələrin isə bu ilin payızında Dubayda keçiriləcək müzakirələrin ikinci mərhələsi zamanı razılaşdırılacağı planlaşdırılır.

Qeyd olunmuşdur ki, Azərbaycan indiyəcən 30-dək ölkə ilə ikiqat vergiqoymanın aradan qaldırılmasına dair sazişlər bağlayıb. Cari ildə daha dörd dövlətlə - Çin, Yunanıstan, İsveçrə və Birləşmiş Ərəb Əmirlikləri ilə müvafiq danışıqlar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.