İQTİSADİYYAT
İKT ÖLKƏLƏRİ TURİZM NAZİRLƏRİNİN BAKI GÖRÜŞÜNƏ HAZIRLIQ MÜZAKİRƏ OLUNMUŞDUR
Ciddədə İslam Konfransı Təşkilatı (İKT) ölkələrinin turizm nazirlərinin sentyabrın 9-12-də Bakıda keçiriləcək 5-ci konfransına 2-ci hazırlıq konfransı olmuşdur.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, konfransda nazirliyin nümayəndə heyəti də iştirak etmişdir. Konfransda təşkilati hazırlığın gedişi, Bakı konfransının gündəliyi və təqdim edilən proqram layihələri müzakirə olunmuşdur. İKT-nin baş katibi Ekmələddin İhsanoğlu tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə görüşdə əmin olduğunu bildirmişdir ki, Bakı konfransı yüksək səviyyədə keçiriləcəkdir.
Növbəti hazırlıq konfransının bu ilin iyulunda Bakıda keçirilməsi qərara alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [19:50]
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib
- 23.04.2024 [19:32]
® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
- 23.04.2024 [18:10]