İQTİSADİYYAT


İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi 1,7 milyard manatı ötüb

Bakı, 19 yanvar, AZƏRTAC

İnformasiya-kommunikasiya texnologiyaları (İKT), informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi 2014-cü ildə əvvəlki illə müqayisədə 16,2 faiz artaraq 1,7 milyard manatı ötüb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) illik hesabatına görə, sektorun ümumi daxili məhsulda payı 1,9 faiz, qeyri-neft sektorunda 3,2 faiz təşkil edib. Gəlirlərdə özəl sektorun payı 77 faizdən 80 faizə yüksəlib. Sektor üzrə 331.6 milyon manat gəlir əldə olunub.

İnfrastrukturun modernləşdirilməsi və yeni texnologiyaların tətbiqi üçün RYTN üzrə 57,2 milyon manat, ümumilikdə sektor üzrə isə 142 milyon manat investisiya yatırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.