SİYASƏT
İLHAM ƏLİYEVİN BAŞ NAZİR TƏYİN EDİLMƏSİFRANSA MƏTBUATININ DİQQƏT MƏRKƏZİNDƏDİR
Fransanın nüfuzlu “Fiqaro”, “Mond”, “Liberasyon”, “Krua” və digər mətbu orqanlarında nəinki Cənubi Qafqaz bölgəsində, habelə bütün dünyada nüfuzlu ictimai-siyasi xadim, təcrübəli dövlət başçısı kimi şöhrət qazanan Heydər Əliyevin ölkəmizdə sabitliyin qorunub saxlanılmasında, iqtisadi inkişafın yeni mərhələyə daxil olmasında xidmətlərindən söhbət açılır, İlham Əliyevin son dövrlərdə siyasət aləmindəki fəaliyyətindən danışılır. Yazılarda qeyd olunur ki, ARDNŞ-in birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti 42 yaşlı İlham Əliyev Amerika, Rusiya, Türkiyə və digər ölkələrdə böyük nüfuza malikdir.
Daha sonra ölkəmizin əhalisinin böyük əksəriyyətinin İlham Əliyevi dəstəklədiyi, qarşıdakı prezident seçkilərində qələbəyə onun daha yaxın olacağı qeyd edilir.
Yeni vəzifəsinin icrası zamanı İlham Əliyevin ölkədəki yoxsulluğun aradan qaldırılması, Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəmərinin tikintisinin başa çatdırılması, Dağlıq Qarabağ probleminin həll edilməsi, ölkənin iqtisadi qüdrətinin daha da yüksəldilməsi kimi mühüm və məsuliyyətli məsələlərin həlli ilə qarşılaşacağı məqalələrdə bildirilir.
“Fiqaro” və “Krua” qəzetlərində İlham Əliyevin ölkəmizin Prezidenti Heydər Əliyevlə və ayrılıqda şəkilləri dərc edilmişdir.