İQTİSADİYYAT


İLHAM ƏLİYEVİN BAŞ NAZİR TƏYİN OLUNMASI AZƏRBAYCANIN İNKİŞAFINA MÜSBƏT TƏSİR GÖSTƏRƏCƏKDİR

İRAN RƏSMİSİ BU SÖZLƏRİ NƏQLİYYAT

NAZİRLİYİNDƏKİ GÖRÜŞÜNDƏ DEMİŞDİR

Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədov avqustun 8-də İran İslam Respublikası iqtisadiyyat və maliyyə nazirinin müavini, Gömrük İdarəsinin baş direktoru Masud Karbasianın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, görüşdə gömrük orqanları və nəqliyyatçıların qarşılıqlı əlaqələri, bu sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, Astara, Culfa və Biləsuvar gömrük məntəqələri ilə bağlı məsələlər müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, Azərbaycan Prezidenti Heydər Əliyevlə İran prezidenti Məhəmməd Xatəminin görüşündən sonra ölkələrimiz arasında müxtəlif sahələrdə, eləcə də gömrük və nəqliyyat sahələrində də əlaqələrin inkişafına geniş imkanlar yaranıb. Tərəflər bundan geniş istifadə etməlidirlər.

İİR-in rəsmisi görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin səhhəti ilə bağlı müxalifət mətbuatında gedən yalan məlumatlardan narahatlığını bildirib.

Masud Karbasian İlham Əliyevin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasını çox yüksək qiymətləndirmiş və demişdir ki, bu təyinat Azərbaycanın tərəqqisinə, eləcə də ölkələrimiz arasında əlaqələrin inkişafına müsbət təsir göstərəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.