SİYASƏT
İLHAM ƏLİYEV AZƏRBAYCANIN SON ON İLDƏ KEÇDİYİ TARİXİ İNKİŞAF YOLUNUN LAYİQLİ DAVAMÇISIDIR
Mitinq iştirakçıları dedilər ki, İlham Əliyevin respublikamızda qüdrətli siyasi qüvvəyə çevrilmiş Yeni Azərbaycan Partiyasının fəaliyyətində də xidmətləri böyükdür. Onun bütün sahələrdə rəhbərlik üslubunun uğurla nəticələndiyi, məşğul olduğu hər bir məsələdə işgüzarlıq, səriştə, peşəkarlıq, qətiyyət və yüksək təşkilatçılıq nümayiş etdirməsi birmənalı vurğulandı.
Bildirildi ki, İlham Əliyev Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısıdır.
Mitinq iştirakçıları onu da bildirdilər ki, ötən il noyabrın 9-da möhtərəm cənab Heydər Əliyev və İlham Əliyevin bu müəssisədə olarkən kollektivin üzvləri ilə görüşləri, Şəki Olimpiya Komitəsinin açılış mərasimində çıxışları bu gün də yaddaşlarda yaşayır.
Mitinqdə qeyd olundu ki, Səhmdar Cəmiyyətin kollektivi Baş nazir İlham Əliyevi qarşıdan gələn prezident seçkilərində dəstəkləyəcək, ona yekdilliklə səs verəcəklər.
Mitinq iştirakçıları Azərbaycan Respublikasının Baş naziri İlham Əliyevə təbrik məktubu qəbul etdilər.