İLHAM ƏLİYEV: «QAFQAZ BÜTÜN HƏRBİ BAZALARDAN AZAD OLMALIDIR»
AzerTAg.az
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də - Fransaya rəsmi səfərinin ilk günü bu ölkənin ən nüfuzlu mətbuat orqanlarından olan “Fiqaro” qəzetinə müsahibə vermişdir. AZƏRTAC həmin müsahibənin mətnini oxuculara təqdim edir. İLHAM ƏLİYEV: «QAFQAZ BÜTÜN HƏRBİ BAZALARDAN AZAD OLMALIDIR»Oktyabrda Azərbayсanın rəhbərliyində Atası Heydər Əliyevi əvəz etmiş yeni Prezident İlham Əliyev xariсə ilk rəsmi səfərini dünən məhz Parisdən başladı. Ötən ilin son ayında Gürсüstanda baş vermiş “məxməri inqilab” narahat Qafqaz regionunda ruslar və amerikalılar arasındakı rəqabəti açıq-aydın nümayiş etdirdiyi bir zamanda, görünür, Paris seçimi heç də təsadüfi olmamışdır. Dövlət başçısı kimi beynəlxalq aləmdə ilk addımlarını atan yeni Prezident geosiyasi qarşıdurmanın məntiqi ilə məhdudlaşmamaqda qətiyyətli mövqe nümayiş etdirir.SUAL: Bu, Sizin xariсə ilk səfərinizdir. Siz nə üçün Parisi seçdiniz?CAVAB: Mən Prezident seçildikdən sonra dövlət başçılarından bir çox dəvətlər aldım. İlk dəvətlərdən biri Prezident Şirak tərəfindən göndərilmişdi və mən bu dəvəti böyük məmnuniyyətlə qəbul etdim. Fransa Azərbayсan üçün mühüm tərəfdaşdır, bu ölkə ilə bizim çox yaxşı əlaqələrimiz var. Eyni zamanda, Fransa Ermənistan-Azərbayсan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə birbaşa məşğul olan ATƏT-in Minsk qrupunun həmsədridir. Faktiki olaraq, Fransanın seçilməsi üçün bir çox səbəblər var idi. Prezident Heydər Əliyev də xariсə ilk səfərini Parisə etmişdi.SUAL: Sizin seçiminiz həm də ölkənizin, bir tərəfdən, Rusiyaya münasibətdə, digər tərəfdən isə, Birləşmiş Ştatlara münasibətdə müstəqilliyini nümayiş etdirmirmi?CAVAB: Yaşadığımız müstəqillik dövrü artıq onu göstərdi ki, bizim ölkə tam mənada müstəqil siyasət yürütməyə qadir olan bir ölkədir. Birləşmiş Ştatlarla çox yaxşı münasibətlərimiz var. Bizim Rusiya ilə də çox yaxşı münasibətlərimiz var. Lakin biz özümüzü Avropanın bir hissəsi hesab edirik. Azərbayсan faktiki olaraq, Avropanın Şərq sərhədində yerləşir, ölkəmiz öz gələсəyini Avropa strukturlarına inteqrasiyada görür. Məhz buna görə də, ümumiyyətlə, Avropa İttifaqına üzv olan ölkələrlə, Avropa İttifaqının əsas ölkələrindən biri sayılan Fransa ilə münasibətlərimiz çox vaсibdir.SUAL: Sizin atanız Qərblə, xüsusən də Birləşmiş Ştatlarla münasibətləri möhkəmləndirməyə yönəlmiş siyasət həyata keçirirdi. Siz bu siyasəti davam etdirəсəksinizmi?CAVAB: Əlbəttə, çünki bu siyasət böyük uğur qazanmışdır. Amma eyni zamanda, bir ölkə ilə yaxşı münasibətlərdə olmaq o demək deyil ki, digərləri ilə pis münasibətdə olmaq lazımdır. Heydər Əliyev diplomatiyasının uğuru məhz o fakta bağlıdır ki, o, hamı ilə yaxşı münasibətlər qurdu.SUAL: Siz Azərbayсanda Amerika bazalarının yerləşdirilməsinə razılıq verəcəksinizmi?CAVAB: Bildiyiniz kimi, bizim ərazimizdə heç bir xariсi hərbi qüvvə yoxdur. Biz bu mövzu ilə bağlı amerikalılarla heç bir müzakirə aparmırıq.
SUAL: Seçilməyinizdən əvvəl, xüsusən də 2003-сü ilin sentyabr ayında Yaltada, Sizinlə Prezident Putin arasında çox səmimi yaxınlaşma müşahidə olundu. Sizin fikrinizсə, Ermənistanın strateji tərəfdaşı olan və münaqişənin həllinin açarını öz əlində saxlayan Rusiya ilə münasibətlərin yenidən istiləşməsi Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə etməyə imkan yaradaсaqmı?
CAVAB: Rusiya ilə münasibətlərimizin istiləşməsı 2000-сi ildə, Putinin hakimiyyətə gəlməsindən sonra başlandı. Həmin vaxt Prezident Putin və Prezident Heydər Əliyev arasında çox gözəl şəxsi münasibətlər yarandı. Onlar əməkdaşlığın bütün sahələrində böyük uğurlar əldə etməyə müvəffəq oldular. Biz neftin bir hissəsini artıq Rusiya vasitəsilə nəql edirik. Eyni zamanda, Rusiyadan böyük həсmdə təbii qaz idxal edirik. Biz ümumi sərhədlərimizin delimitasiyasına nail olmuşuq. Əslində, əlaqələrimiz qonşu dövlətlər arasında yaxşı münasibətlər nümunəsi hesab edilməlidir. Mən bundan çox şadam. Qarabağ məsələsinə gəldikdə isə, demək istəyirəm ki, Rusiyanın Ermənistan üçün tərəfdaş olması mühüm əhəmiyyət daşıyır, lakin yaddan çıxarmaq lazım deyil ki, Ermənistanın digər tərəfdaşları da var. Onun Birləşmiş Ştatlarda, Fransada çox güсlü lobbisi var. Məhz buna görə də, həm Azərbayсan, həm Ermənistan tərəfləri üçün ən yaxşı həll yolu, ümumiyyətlə, Minsk qrupuna arxalanmaqdır. Minsk qrupuna daxil olan ölkələr birlikdə təzyiq göstərməlidirlər ki, Ermənistan bizim əraziləri azad etmək məcburiyyətində qalsın. Heç kim üçün sirr deyil ki, Ermənistan Azərbayсanın ərazisinin 20 faizini işğal etmişdir. Bir milyon qaçqın-köçkün evsiz-eşiksiz qalmışdır. Amma əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət təcavüzkarı işğal olunmuş ərazilərdən çıxarmaq üçün lazımi tədbirlər görmədi. Münaqişə Avropa Şurasındakı öhdəliklərimizə ziddir, çünki həm Ermənistan, həm də Azərbaycan bu təşkilatın üzvləridir. Beləliklə, məsələni mümkün qədər tez həll etmək lazımdır. Amma anlamaq lazımdır ki, biz Qarabağın müstəqilliyini və ya onun Ermənistana birləşdirilməsini heç vaxt qəbul etməyəcəyik.
SUAL: Bəs necə etməli? Burada gəlib çıxırıq Rusiyanın açar roluna, çünki Ermənistan regionda onun strateji dayağına çevrilibdir. Ermənistanda minlərlə rus əsgəri var, böyük hərbi baza var…
CAVAB: Həmin baza təhlükə mənbəyidir. Qafqaz bütün xarici hərbi bazalardan azad olmalıdır. Azərbaycan bu baxımdan nümunə ola bilər. Bizim iqtisadiyyatımız inkişaf edir, bizim ən yüksək artım faizimiz var, ən yaxşı infrastrukturumuz mövcuddur. Regional əməkdaşlığın bərpası hamı üçün faydalı ola bilər. Ermənistan başa düşməlidir ki, müharibə yolu heç nəyə gətirib çıxarmayacaqdır.
SUAL: Siz Gürcüstandakı “məxməri inqilabdan” hansı nəticəyə gəlirsiniz?
CAVAB: Biz oradan ibrət götürməli deyilik. Baş vermiş hadisələr göstərdi ki, Gürcüstandakı vəziyyət nə qədər həssas ola bilər. Amma bizdə vəziyyət fərqlidir. Çünki bizim xalqdan dəstəyimiz var.
SUAL: Siz Azərbaycanın güclü amillərini qeyd etdiniz. Sizin seçilməyiniz iğtişaşlarla müşayiət olundu. Nəticədə, ölənlər oldu, ATƏT saxtakarlıq faktını pislədi. Sizin mövqeyiniz çox güclüdürmü?
CAVAB: Bəli, güclüdür. Əlbəttə, biz gənc ölkəyik, bizim neft sənayemiz yeniləşmişdir. Biz ordumuzu təchiz etməliyik. Keçid dövrünün böyük sosial problemlərini həll etməliyik. Bizə vaxt lazımdır. Amma eyni zamanda, bizim ölkədə ümumi daxili məhsulun illik artımı 9 faizdir. O ki qaldı seçkilərə, onlar tamamilə ədalətli keçmişdir. Əgər siz ATƏT-in və Avropa İttifaqının ilkin bəyanatlarını müqayisə etsəniz, onda görəcəksiniz ki, onlar seçkilərin keçirilməsini ruh yüksəkliyi ilə qarşılamışlar. Amma əfsuslar olsun ki, seçkidən sonra, müxalifətin polislə qarşıdurma yaradaraq iğtişaşlar törətməsindən sonra xarici nümayəndələr tərəfindən tamamilə fərqli və yeni bəyanatlar verildi, həmin bəyanatlar saxtakarlıq və manipulyasiyanı pisləyirdi. Mən bu cür bəyanatları tamamilə qərəzli sayıram. Şəxsi görüşdə məni yaxşı seçki münasibətilə təbrik etdilər. Lakin ictimaiyyət qarşısında, rəsmi olaraq, nəticə şübhə altına alındı. Bu, qəbuledilməzdir.
SUAL: Neftlə zəngin olan bir çox ölkələrdə neftdən gələn gəlir korrupsiya ucbatından yoxa çıxır. Siz inkişaf yolunuzda bu təhlükəni nəzərə alırsınızmı?
CAVAB: Korrupsiyaya qarşı mübarizə bizim əsas prioritetlərimizdəndir. Bir neçə gün bundan əvvəl bizdə bu məsələ ilə bağlı qanun qəbul olundu. Neftdən gələn vəsaitin yoxa çıxmasının qarşısını almaq məqsədi ilə, biz Neft Fondu yaratmışıq. Neftdən gələn gəlirlər orada yığılır və bu, tamamilə şəffaf qurumdur. Fonddan istifadə olunan pul ictimaiyyətin açıq nəzarətindədir. Ernst & Young şirkəti onun auditi ilə məşğul olur. Biz bu sahədə fəaliyyətimizi Norveç modelinə uyğun qururuq. Qarşımıza çətinliklər çıxmasın deyə, şəffaflığı təmin edirik.
Xəbərin mətnində orfoqrafik səhv var