İDMAN
“İLİN ƏN YAXŞI FUTBOLÇUSU VƏ İDMANÇISI” NOMİNASİYALARI ÜZRƏ SORĞU KEÇİRİLMİŞDİR
Nəticədə, yığma komandamızın üzvü və hazırda Türkiyənin “Kayserispor” klubunun formasını geyən Rəşad Sadıqov 40 futbolçu arasında 128 xalla birinci yer tutmuşdur. Zaur Tağızadə 111 xalla ikinci, Anatoli Ponomaryov 28 xalla ücüncü yerə çıxmışlar. Qeyd edək ki, R.Sadıqov ötən ildə də birinci yerə sahib olmuşdur.
“İlin ən yaxşı idmançısı” nominasiyasının qalibini müəyyən etmək üçün isə Gənclər, İdman və Turizm Nazirliyinin, 16 idman federasiyasının rəhbər şəxslərinin və idman jurnalistlərinin rəyi öyrənilmişdir. Nəticədə, ağır atletika üzrə ikiqat dünya çempionu Nizami Paşayev 19 nəfər arasında 102 xalla birinci, voleybolçu Natalya Məmmədova 53 xalla ikinci, boksçu Elçin Əlizadə 19 xalla üçüncü yerə çıxmışlar. Ötən il bu nominasiyada olimpiya çempionu Fərid Mansurov qalib gəlmişdi.