İQTİSADİYYAT


İLİN ƏVVƏLİNDƏN BƏRİ AVTOMOBİL NƏQLİYYATI İLƏ DAŞINAN YÜKLƏRİN HƏCMİ XEYLİ ARTMIŞDIR

2003-cü ilin yeddi ayında ölkəmizdə avtomobil nəqliyyatı ilə daşınan yüklərin ümumi həcmi ötən ilin müvafiq dövründəkindən 7,6 faiz çox olmuşdur.

Dövlət Statistika Komitəsindən müxbirimizə bildirmişlər ki, ilin əvvəlindən bəri 32,8 milyon ton yük daşınmışdır. Bu, nəzərdə tutulduğundan xeyli artıqdır. Eyni zamanda, yük dövriyyəsinin həcmi də 13,7 faiz artaraq, 3,3 milyard ton/kilometrə çatmışdır. Bu növ nəqliyyatla sərnişin daşınmasında isə artım 2 faiz təşkil etməklə 451,2 min nəfər olmuşdur. Yük və sərnişin daşınmasında özəl bölmənin xüsusi çəkisi əhəmiyyətli dərəcədə artmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.