İQTİSADİYYAT
İLİN ƏVVƏLİNDƏN BƏRİ İQTİSADİYYATA KREDİT QOYULUŞU 18,8 FAİZ ARTMIŞDIR
Kreditlərin 2304,2 milyard manatı (74,6 faiz) qısamüddətli, 785,5 milyard manatı (25,4 faiz) isə uzunmüddətlidir. Qısamüddətli kreditlərin 211,4 milyard manatı və uzunmüddətli kreditlərin 75,7 milyard manatı vaxtı ötmüş kreditlərdir.
Dövlət bankları iqtisadiyyata 1312,5 milyard manat (42,5 faiz), özəl banklar 1438 milyard manat (46,5 faiz), qeyri-bank kredit təşkilatları isə 339,1 milyard manat (11 faiz) məbləğində kredit qoymuşlar.
Xarici kapitalın iştirakı ilə yaradılmış banklar Azərbaycan iqtisadiyyatına 374,2 milyard manat məbləğində kredit qoymuşlar ki, bu da ümumi kredit qoyuluşunun 12,1 faizidir. 100 faiz xarici kapitalla işləyən banklar isə 93 milyard manat kredit ayırmışlar.
Kreditlərin 681,5 milyard manatı (22,1 faizi) dövlət sektoruna, 2208,4 milyard manatı (77,9 faizi) isə özəl sektora yönəldilmişdir.