İQTİSADİYYAT
İLİN ONUNCU AYINDA NƏ QƏDƏR TƏBİİ QAZ TƏHVİL VERİLMİŞDİR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, təhvil verilən qazın 294 min kubmetri “Azneft” İstehsalat Birliyinin neft və qazçıxarma idarələrinin, 6,3 min kubmetri müştərək müəssisələr və əməliyyat şirkətlərinin, 62,1 min kubmetri isə konsorsiuma daxil olan şirkətlərin payına düşür. Birliyin müvafiq idarələri oktyabr ayı üçün nəzərdə tutulmuş həcmi 100,1 faiz, müştərək müəssisələr və əməliyyat şirkətləri 106,8 faiz, konsorsium subyektləri isə 101,5 faiz yerinə yetirmişlər.
Şirkətdə vurğulamışlar ki, bu ilin on ayı ərzində bütövlükdə qaz təhvili üzrə proqnozlar da özünü doğrultmuşdur. Neftçilər nəzərdə tutulandan 24,5 min kubmetr çox, yəni 3 milyon 564,5 min kubmetr qaz təhvil verməklə, onaylıq proqnoza 100,7 faiz əməl etmişlər. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 3 milyon 563,4 min kubmetr olmuş və təhvil planı 100 faiz yerinə yetirilmişdi.