ELM VƏ TƏHSİL
İLİN SONUNADƏK YARDIMLIDA DAHA İKİ MƏKTƏB BİNASIİSTİFADƏYƏ VERİLƏCƏK
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu ilin sonunadək Yardımlı rayonunda daha iki məktəb binası istifadəyə veriləcəkdir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2 nömrəli orta məktəb üçün inşa edilən 20 sinif otağından ibarət 360 şagird yeri olan binada son tamamlama işləri görülür. Yeni tədris ocağı artıq lazımi tədris ləvazimatı və avadanlıqla təmin edilmişdir. Binada qaz və dizel yanacağı ilə işləyən istilik sistemi də quraşdırılmışdır.
Yeri gəlmişkən, bu, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Yardımlı rayonunda inşa edilən doqquzuncu təhsil müəssisəsidir.
Rayonun Bozayran kəndində isə 260 şagird yeri olan daha bir məktəb binasının tikintisi başa çatmaq üzrədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]