İQTİSADİYYAT
İMİŞLİDƏ 3500-DƏN ÇOX İŞ YERİ AÇILMIŞDIR
İmişli Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin on bir ayında rayonda 1322 iş yeri açılmışdır. Bunun 893-ü yeni, 309-u müvəqqəti, 88-i mövsümü işlər, 32-si isə fəaliyyəti bərpa edilən müəssisələrin hesabınadır. Ümumiyyətlə, 2004-cü ilin oktyabrından indiyədək rayonda 3536 iş yeri yaradılmışdır. Rayonda şirə-konyak zavodu, broyler-quşçuluq müəssisəsi, dünya standartlarına cavab verən, gündəlik istehsal gücü 800-1000 ton olan Şəkər zavodu tikilmişdir. Yeni açılmış “İnşaatçı-2005”, “Muğan-2004”, “Biznes”, “Lider”, “Prins LTD”, “Nicat”, “Bəhrəmtəpə-qum”, “Çınqıl”, “Araz-istehsal” məhdud məsuliyyətli cəmiyyətlər, habelə yerli əhəmiyyətli bir sıra istehsal sahələri də İmişli sakinlərinin məşğulluq probleminin həllinə kömək etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:13]
® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
- 24.04.2024 [18:57]
Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur
- 24.04.2024 [18:31]