İQTİSADİYYAT


İMİŞLİ-PARSABAD YÜKSƏKGƏRGİNLİKLİ ÖTÜRÜCÜ XƏTTİN ÇƏKİLİŞİ SÜRƏTLƏNİR

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 330 kilovoltluq İmişli-Parsabad (İran) yüksəkgərginlikli elektrikötürücü xəttin çəkilişində işlər getdikcə sürətlənir. Sinklənmiş metal konstruksiyalar obyektə qonşu İrandan gətirilir. Quraşdırma işləri isə Azərbaycanın AZENKO şirkəti tərəfindən yerinə yetirilir. İndiyədək 50 dayağın dəmir-beton özülləri hazırlanmışdır.

Ötürücü xəttin bu il mayın 28-də istifadəyə verilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.