CƏMİYYƏT
İ.M.Seçenov adına Birinci MDTU-nun Bakı filialında “Açıq qapı günü” keçiriləcək
Bakı, 5 aprel, AZƏRTAC
Aprelin 20-də İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialında “Açıq qapı günü” keçiriləcək.
Ali məktəbdən AZƏRTAC-a verilən məlumata görə, universitetdə keçiriləcək tədbirin məqsədi abituriyentləri və onların valideynlərini filialda tədris prosesi ilə, qəbul imtahanlarının keçirilməsi qaydaları ilə tanış etmək, filialın fəaliyyəti barədə onları hərtərəfli məlumatlandırmaqdır.
“Açıq qapı günü”ndə iştirak etmək üçün aşağıdakı link üzrə onlayn qeydiyyatdan keçmək lazımdır: http://mma.edu.az/?smode=register .
“Açıq qapı günü” bu ünvanda keçiriləcək: Bakı şəhəri, Hüseyn Cavid prospekti, 131.
Əlaqə telefonu: +994 (12) 599-08-10.