Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçkodan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Böyük dövlət xadimi olaraq Siz öz ad gününüzü yaradıcı və mənəvi gücünüzün çiçəkləndiyi bir dövrdə qeyd edirsiniz. İnsanlar arasında sülhün və qarşılıqlı anlaşmanın inkişafına, cəmiyyətin humanitar və iqtisadi tərəqqisinə, səhiyyəyə və təhsilə töhfəniz səmimi heyranlıq və dərin ehtiram hissi doğurur.

Qüdrətli ölkənizin rifahı naminə nəcib niyyətlərinizin həyata keçirilməsi üçün Sizə ürəkdən möhkəm cansağlığı və tükənməz enerji arzulayıram.

Sizə və doğmalarınıza xoşbəxtlik, firavanlıq və rifah diləyirəm.

Hörmətlə,

 

Pyotr Qlıboçko

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin