MƏDƏNİYYƏT


“İNCƏBEL QARI” TAMAŞASININ PREMYERASI OLMUŞDUR

AZƏRTAC Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətinə istinadla xəbər verir ki, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Dünya Gənc Yazarlar Birliyinin üzvü Rəvan Tohidoğlunun “İncəbel qarı” əsəri əsasında xalq artisti Ağaxan Salmanlının quruluşunda eyniadlı tamaşanın premyerası olmuşdur.

Birhissəli nağıl-tamaşanın mövzusu dələduz uşaqlarla bağlıdır. Valideynlərinə qarşı pis davranan uşaqlar İncəbel qarı tərəfindən itə, pişiyə və uzunqulağa çevrilərək cəzalandırılır.

Tamaşada əsas rollarda teatrın aparıcı aktyorları çıxış etmişlər.

Yeni səhnə əsərinin quruluşçu rəssamı Tarix Kərimov, rəqslərin quruluşu Sənan Hüseynlinindir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.