RƏSMİ SƏNƏDLƏR


İNDONEZİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ XANIM MEQAVATİ SUKARNOPUTRİYƏ

Hörmətli xanım Prezident,

İndoneziya Respublikasının milli bayramı – Müstəqillik elan edilməsi günü münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın rifahı naminə daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İndoneziya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

12 avqust 2002-ci il

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin