ELM VƏ TƏHSİL
İNFORMATİKA ÜZRƏ LAYİHƏ MÜSABİQƏSİ KEÇİRİLMİŞDİR
Türkmənistanın paytaxtı Aşqabadda 2-ci beynəlxalq informatika üzrə layihə müsabiqəsi keçirilmişdir. Türkiyə Çağ Öyrətim İşlətmələri Şirkətinin Azərbaycandakı iki litseyinin də şagirdləri həmin müsabiqədə iştirak etmişlər.
Şirkətdən AZƏRTAC-ın müxbirinə demişlər ki, dünyanın 44 ölkəsinin iştirakı ilə keçən müsabiqədə ölkəmizi Mingəçevir Azərbaycan-Türkiyə özəl litseyinin X sinif şagirdi Orxan Kərimov və Gəncə Azərbaycan-Türkiyə özəl litseyinin X sinif şagirdi Şahin Əliyev xalça dizaynı üzrə xüsusi proqramla iştirak etmişlər. Onların təqdim etdikləri layihə bürünc medala layiq görülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]