İDMAN


İNKİŞAF VƏ SÜLH NAMİNƏ İDMANIN İNKİŞAFI ÜZRƏ BEYNƏLXALQ İŞÇİ QRUPUNUN BÜRO İCLASI KEÇİRİLMİŞDİR

İsveçrənin Maqlingen şəhərində inkişaf və sülh naminə idmanın inkişafı üzrə beynəlxalq işçi qrupunun büro iclası keçirilmişdir. Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, BMT-nin təşkilatçılığı ilə keçirilən iclasda ölkəmizi nazirin müavini Asif Əsgərov təmsil etmişdir.

İclasda işçi qrupunun məqsəd və vəzifələri, büro yanında yeni yaradılmış daimi komitənin strukturu və üzvlərinin sayı müzakirə olunmuşdur. 2005-2008-ci illər üçün inkişaf strategiyasının ilkin layihəsi nəzərdən keçirilmiş, müxtəlif ölkələrdən olan nümayəndələrin hesabatları dinlənilmişdir. Tədbirdə iqamətgahı Kanadada olan “Riqht to play” beynəlxalq şirkətinin fəaliyyətinə xüsusi diqqət yetirilmişdir. Şirkətin gerçəkləşdirdiyi müxtəlif layihələr arasında qaçqınların və məcburi köçkünlərin məskunlaşdığı yerlərdə sadə idman qurğularının inşa edilməsi proqramı da var. Azərbaycan nümayəndəsi ilə şirkətin prezidenti Yohann O.Kosla arasında bu məsələ ilə bağlı danışıqlar aparılmışdır.

Xatırladaq ki, 2005-ci il BMT tərəfindən beynəlxalq bədən tərbiyəsi və idman ili elan olunmuşdu və başlıca məqsəd cəmiyyətin həyatında idmanın rolunu gücləndirmək və hökumətlərin diqqətini bədən tərbiyəsinin inkişafına cəlb etmək idi. Bununla əlaqədar, dünyada müxtəlif konfranslar, simpoziumlar, seminarlar və digər tədbirlər keçirilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.