İNŞAATÇILAR ÜÇÜN ŞƏRAİT YARADILIR
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin Azərbaycan
hissəsində tikinti işlərini aparan inşaatçılar üçün Hacıqabulun Muğan qəsəbəsində yaşayış düşərgəsinin tikintisi başa çatdırılmış və onlar düşərgədə yerləşdirilmişlər.
bp şirkətindən AZƏRTAC-a bildirmişlər ki, tikinti işləri Gürcüstan sərhəddinə doğru irəlilədikcə buna bənzər yaşayış düşərgələrinin gələcəkdə dörd məntəqədə - Kürdəmir, Yevlax, Samux və Poyluda salınması planlaşdırılır. Yevlax rayonunun Yaldili kəndi yaxınlığında ikinci nasos stansiyası sahəsində iş uğurla gedir və Kürdəmir yaxınlığında yeni stansiyasının tikintisinə başlamaq üçün hazırlıq görülür.