Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ YANINDA AZƏRBAYCAN RESPUBLİKASININ SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏSİ HAQQINDA

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikasının İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında 1950-ci il Konvensiyasına qoşulması ilə əlaqədar olaraq və İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qarşısında Azərbaycan Respublikasının mənafelərinin səmərəli müdafiəsini təmin etmək məqsədi ilə qərara alıram:

1. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi vəzifəsi təsis edilsin.

2. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi haqqında Əsasnamə təsdiq edilsin.

3. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsinin fəaliyyətinin təminatı məsələlərinin həlli Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbərinə tapşırılsın.

4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, hər il Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsi hazırlanarkən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qarşısında Azərbaycan Respublikasının maraqlarının müdafiəsi və həmin məhkəmənin qərarlarının icrası üçün maliyyə vəsaitinin ayrılması nəzərdə tutulsun.

5. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 8 noyabr 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin