ELM VƏ TƏHSİL
“İNSAN İNKİŞAFI”NA DAİR TƏDRİS VƏSAİTİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
Təhsil Nazirliyində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) ilə birlikdə ölkəmizin ümumtəhsil məktəblərinin X sinifləri üçün “İnsan İnkişafı”na dair tədris vəsaitinin təqdimat mərasimi keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, dövlət qurumları, xarici ölkə səfirlikləri nümayəndələrinin və tanınmış pedaqoqların iştirak etdikləri mərasimdə təhsil naziri Misir Mərdanov çıxış edərək, yeni tədris vəsaitinin əhəmiyyətindən danışmışdır.
BMT-nin rezident əlaqələndiricisi Marko Borsotti insan inkişafının xüsusi önəm kəsb etdiyini diqqətə çatdırmaqla yanaşı, bu kursun Azərbaycanın təhsil ocaqlarında tədris edilməsinin təqdirəlayiq hal olduğunu söyləmişdir.
Mərasimdə çıxış edən natiqlər kitab haqqında ətraflı məlumat vermişlər.
Qeyd edilmişdir ki, Nazirlik və BMTİP arasında sıx əməkdaşlığın bəhrəsi olan bu vəsait “İnsan inkişafı” fənninin tədrisi ilə bağlı milli strategiyanın bir hissəsidir.