ELM VƏ TƏHSİL
İNTAS ALİMLƏRİMİZİ XARİCİ HƏMKARLARI İLƏ ƏMƏKDAŞLIĞA STİMULLAŞDIRIR
Riçard Burger iqamətgahı Brüsseldə olan assosiasiya barədə məlumat vermiş, qeyd etmişdir ki, qurum 1993-cü ildən rəsmi fəaliyyət göstərir. Keçmiş SSRİ-də böyük elmi potensial olduğunu yaxşı bildiyimiz üçün ittifaq dağılandan sonra bu potensialın saxlanmasını təmin etmək lazım idi. Ona görə də ilk gündən alimlərin vətənlərindən didərgin düşməmələri, onların xarici əlaqələrinin qırılmaması üçün ciddi tədbirlər görməyə başladıq. Biz elmi tədqiqatları, ayrı-ayrı alimləri maliyyələşdirmirik, onların beynəlxalq əməkdaşlığına yardım göstəririk. Bu gün 45 ölkədə işləyirik. Onlardan 33-ü bizim üçün maliyyə mənbəyidir. Beşillik büdcəmiz 70 milyon avrodur. Məqsədimiz “beyin axınının” qarşısını almaqdır. İstəyirik ki, “Avropa elm məkanı” daim mövcud olsun. Qurumun strukturu çox sadə və bürokratiyadan uzaqdır. Qapımız bütün elm sahələri nümayəndələrinin üzünə açıqdır. Layihə təqdim edənlərə qrant vermək üçün şərtimiz budur ki, mütləq layihədə xarici tərəfdaş nəzərdə tutulsun.
Natiq layihələrin seçilməsi qaydaları, təmsil etdiyi təşkilatın gördüyü tədbirlər, çari ildə qrant verilməsi nəzərdə tutulan layihələr, yeni müsabiqələr haqqında danışdı, Azərbaycan alimlərini bu müsabiqələrdə iştirak etməyə çağırdı, suallara ətraflı cavab verdi.
AMEA-nın prezidenti akademik Mahmud Kərimov görüşü yekunlaşdıraraq nəcib və xeyirxah fəaliyyətində İNTAS-a uğurlar arzuladı, ətraflı məlumata görə Riçard Burgerə təşəkkür etdi. Əmin olduğunu bildirdi ki, alimlərimiz bu beynəlxalq qurumla sıx əməkdaşlıq edəcəklər.