ELM VƏ TƏHSİL
“İNTERNET DÜNYASI” MÜSABİQƏSİNİN QALİBLƏRİNƏ MÜKAFATLAR VERİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Bakı və Sumqayıt şəhər məktəblərinin müəllim və şagird kollektivlərinin iştirak etdiyi təqdimat mərasimində çıxış edən Bakı Baş Məktəblər İdarəsi, Sumqayıt Şəhər Təhsil Şöbəsi, Azercell Telekom, Azeronline Ltd və Soros təşkilatının nümayəndələri müasir dünyada İnternetin əhəmiyyətindən danışaraq, şagirdlərə uğurlar diləmiş, eyni zamanda, belə müsabiqələrin tez-tez keçirilməsini tövsiyə etmişlər.
Müsabiqənin 14 qalibindən biri - Əzizbəyov rayonundakı 181 nömrəli orta məktəbin 10-cu sinif şagirdi Asim Haşımov “Pentium” kompüter dəsti və Azeronline müəssisəsinin bir illik pulsuz İnternet bağlantısı ilə mükafatlandırılmışdır. İkinci və üçüncü yerləri tutanlar isə 3 aylıq, 100 və 50 saatlıq İnternet kartına sahib olmuş və Soros Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun təklif etdiyi kompüter proqramını pulsuz öyrənmək imkanı qazanmışlar.