Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“İNZİBATİ İCRAAT HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQİ İLƏ ƏLAQƏDAR AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 4, maddə 79; 1993-cü il, № 5, maddə 132; Azərbaycan Respublikasının 1995-ci il 2 may tarixli 1030 nömrəli Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 378; 1998-ci il, № 1, maddələr 15, 16; 1999-cu il, № 4, maddə 228, № 5, maddə 286; 2001-ci il, № 6, maddələr 362, 363, № 11, maddə 694, № 12, maddələr 731, 736; 2004-cü il, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddələr 199, 212, № 7, maddə 507, № 8, maddə 596; 2005-ci il, № 10, maddə 871, № 12, maddə 1093; 2006-cı il, № 4, maddə 312, № 11, maddə 933) 22-ci maddəsinin 2-ci bəndinin ikinci abzasında “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada” sözləri “inzibati qaydada və (və ya)” sözləri ilə əvəz edilsin.

II. “Xarici investisiyanın qorunması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 4, maddə 81, № 7, maddə 171; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 226; 2001-ci il, № 6, maddə 360, № 11, maddə 683, № 12, maddə 736; 2003-cü il, № 1, maddələr 1, 3; 2005-ci il, № 8, maddə 684) 18-ci maddəsinin beşinci hissəsində “məhkəmə qaydasında” sözlərindən əvvəl “inzibati qaydada və (və ya)” sözləri əlavə edilsin.

III. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 11, maddə 387, № 12, maddə 454; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 226; 2001-ci il, № 11, maddə 683; 2002-ci il, № 8, maddə 463; 2004-cü il, № 2, maddə 57, № 5, maddə 321, № 8, maddə 598; 2005-ci il, № 4, maddə 278, № 6, maddə 464; 2006-cı il, № 3, maddə 225) 14-cü maddəsinin yeddinci hissəsində “on gün müddətində Azərbaycan Respublikasının” sözləri “inzibati qaydada və (və ya)” sözləri ilə əvəz edilsin.

IV. “Əmtəə birjası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 16, maddə 211; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 226; 2001-ci il, № 11, maddə 683; 2005-ci il, № 8, maddə 684) 9-cu maddəsinin 6-cı bəndində “məhkəməyə” sözündən əvvəl “inzibati qaydada və (və ya)” sözləri əlavə edilsin.

V. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 18, maddə 243; 1995-ci il, № 14, maddə 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 385, № 6, maddə 493; 1998-ci il, № 2, maddələr 70, 72; 2000-ci il, № 12, maddə 835; 2001-ci il, № 3, maddə 143, № 6, maddə 378, № 11, maddə 674; 2002-ci il, № 1, maddə 4, № 8, maddə 463; 2004-cü il, № 7, maddə 505; 2005-ci il, № 3, maddə 152, № 10, maddə 874; 2006-cı il, № 1, maddə 3, № 2, maddə 64, № 3, maddə 219, № 11, maddə 933, № 12, maddələr 1006, 1017, 1029) aşağıdakı əlavə və dəyişiklik edilsin:

1. 9-cu maddədə beşinci hissədə “məhkəməyə” sözündən əvvəl “inzibati qaydada və (və ya)” sözləri əlavə edilsin.

2. 14-cü maddədə dördüncü hissədə “Azərbaycan Respublikasının müvafiq məhkəməsinə” sözləri “inzibati qaydada və (və ya) məhkəməyə” sözləri ilə əvəz edilsin.

VI. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, № 7, maddə 114; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 226; 2001-ci il, № 11, maddə 683, № 12, maddə 736; 2002-ci il, № 5, maddə 241; 2003-cü il, № 1, maddə 21; 2004-cü il, № 3, maddə 133; 2005-ci il, № 8, maddə 684) 19-cu maddəsinin ikinci hissəsində “məhkəməyə” sözündən əvvəl “inzibati qaydada və (və ya)” sözləri əlavə edilsin.

VII. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 417; 1998-ci il, № 7, maddə 444; 1999-cu il, № 10, maddə 570; 2001-ci il, № 3, maddə 151, № 11, maddə 697, № 12, maddə 736; 2002-ci il, № 8, maddə 463; 2004-cü il, № 1, maddə 10) 4-cü maddəsinin birinci hissəsində “məhkəmə icraatı” sözlərindən sonra “və ya inzibati icraat” sözləri əlavə edilsin.

VIII. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 447; 1999-cu il, № 10, maddə 570; 2000-ci il, № 12, maddə 835; 2001-ci il, № 11, maddələr 676, 686, 695, № 12, maddə 736; 2002-ci il, № 1, maddə 4, № 8, maddə 463; 2003-cü il, № 1, maddələr 3, 16, 23; 2004-cü il, № 2, maddə 57, № 3, maddə 133, № 6, maddə 400, № 7, maddə 505; 2005-ci il, № 4, maddə 277, № 10, maddə 876, № 11, maddə 994) aşağıdakı dəyişikliklər edilsin:

1. 401-ci maddədə:

1.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:

“Maddə 401. Şikayətin verilmə qaydası”;

1.2. birinci hissədə “ilkin şikayət müvafiq olaraq Azərbaycan Respublikasının yuxarı gömrük orqanına və ya vəzifəli şəxsinə” sözləri “şikayət inzibati qaydada və (və ya) məhkəmə qaydasında” sözləri ilə əvəz edilsin.

2. 402-ci maddədə:

2.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:

“Maddə 402. İnzibati şikayətin verilmə müddəti”;

2.2. birinci hissədə “İlkin” sözü “İnzibati” sözü ilə, “üç ay ərzində” sözləri “qanunvericiliklə başqa müddət nəzərdə tutulmamışdırsa, 30 gün müddətində” sözləri ilə əvəz edilsin;

2.3. ikinci hissə aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda qəbul edilmiş qərardan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.”;

2.4. üçüncü hissə çıxarılsın.

3. 403-cü maddənin adında və birinci cümləsində “İlkin şikayətə” sözləri “Şikayətə” sözü ilə əvəz edilsin.

4. 408-ci maddənin adında, birinci hissəsinin birinci cümləsində və ikinci hissəsində ismin müvafiq hallarında “İlkin şikayət” sözləri ismin müvafiq hallarında “Şikayət” sözü ilə əvəz edilsin.

5. 409-cu maddənin adında və birinci hissəsinin birinci cümləsində “İlkin şikayət” sözləri “Şikayət” sözü ilə əvəz edilsin.

6. 407-ci maddə üzrə:

6.1. maddənin adında “İlkin şikayət” sözləri “Şikayət” sözü ilə, “kömək etməsi” sözləri “rəyini bildirməsi” sözləri ilə əvəz edilsin;

6.2. maddənin mətnində “İlkin şikayət verən şəxs” sözləri “Şikayət verən şəxsə” sözləri ilə, “işin hallarına baxılarkən, onlara kömək etməyə borcludur” sözləri “şikayət üzrə qərar qəbul edilənədək öz rəyini bildirməsi imkanı yaradılmalıdır” sözləri ilə əvəz edilsin.

7. 410-cu maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“İnzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir.”.

8. 411-ci maddə çıxarılsın.

IX. Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə”nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 3, maddə 136; 2001-ci il, № 11, maddə 669; 2002-ci il, № 6, maddə 328; 2006-cı il, № 2, maddə 64, № 11, maddə 933) 36-cı bəndində “əsasən” sözü “uyğun olaraq inzibati qaydada və (və ya)” sözləri ilə əvəz edilsin.

X. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 3, maddə 137; 2002-ci il, № 12, maddə 701; 2003-cü il, № 8, maddə 424; 2004-cü il, № 3, maddə 133, № 7, maddə 505, № 10, maddə 762, № 11, maddə 902; 2005-ci il, № 4, maddə 278) aşağıdakı əlavələr edilsin:

1. 9-cu maddədə IV hissədə ikinci halda “vətəndaş” sözündən sonra “inzibati qaydada və (və ya)” sözləri əlavə edilsin.

2. 18-ci maddədə III hissədə “qərardan” sözündən sonra “inzibati qaydada və (və ya)” sözləri əlavə edilsin.

XI. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 9, maddə 564; 2001-ci il, № 5, maddə 298, № 11, maddələr 676, 698; 2002-ci il, № 1, maddə 9, № 8, maddə 463; 2003-cü il, № 8, maddə 424; 2004-cü il, № 2, maddə 57, № 11, maddə 901; 2005-ci il, № 4, maddə 277, № 10, maddə 874, № 11, maddə 993) aşağıdakı əlavələr edilsin:

1. 27-ci maddədə XIX hissədə “imtina olunmasından” sözlərindən sonra “inzibati qaydada və (və ya)” sözləri əlavə edilsin.

2. 35-ci maddədə XI hissədə “imtina edilməsindən” sözlərindən sonra “inzibati qaydada və (və ya)” sözləri əlavə edilsin.

XII. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 11, maddə 649; 2005-ci il, № 4, maddə 278) 11-ci maddəsinin birinci cümləsində “qərarlardan” sözündən sonra “inzibati qaydada və (və ya)” sözləri əlavə edilsin.

XIII. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 3, maddə 155; 2006-cı il, № 12, maddə 1005) 8-ci maddəsinin 6-cı hissəsində “müraciət edən” sözlərindən sonra ”inzibati qaydada və (və ya)” sözləri əlavə edilsin.

XIV. “İmmiqrasiya haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 3, maddə 156; 2001-ci il, № 11, maddələr 676, 695; 2004-cü il, № 2, maddə 57, № 7, maddə 505) 8-ci maddəsində “müvafiq” sözündən sonra “inzibati qaydada və (və ya)” sözləri əlavə edilsin.

XV. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 4, maddə 213; 2001-ci il, № 3, maddə 143, № 6, maddə 362, № 11, maddələr 672, 679, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 2, № 5, maddə 241, № 6, maddə 328; 2003-cü il, № 1, maddələr 9, 23; 2004-cü il, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 6, maddə 413, № 7, maddə 505, № 9, maddə 672, №12, maddə 981; 2005-ci il, № 3, maddə 151, № 4, maddə 278, № 7, maddə 560, № 10, maddə 874, № 11, maddə 1001, № 12, maddə 1094; 2006-cı il, № 3, maddələr 220, 222, № 12, maddələr 1004, 1025, 1030; Azərbaycan Respublikasının 2007-ci il 6 mart tarixli 260-IIIQD nömrəli və 17 aprel tarixli 316-IIIQD nömrəli qanunları) aşağıdakı əlavə və dəyişiklik edilsin:

1. 15-ci maddədə altıncı hissədə “və göstərişlərindən” sözlərindən sonra “inzibati qaydada və (və ya)” sözləri əlavə edilsin.

2. 235-ci maddədə ikinci hissədə ikinci cümlədə “qanunla müəyyən edilmiş qaydada” sözləri “qanunvericiliyə uyğun olaraq inzibati qaydada və (və ya)” sözləri ilə əvəz edilsin.

XVI. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 7, maddə 392; 2001-ci il, № 11, maddələr 676, 699, № 12, maddə 731) 13-cü maddəsinə aşağıdakı əlavə və dəyişiklik edilsin:

1. Üçüncü hissədə “qərardan” sözündən sonra “inzibati qaydada və (və ya)” sözləri əlavə edilsin.

2. Dördüncü hissədə “Şəxsin” sözü “Qanunvericiliklə ayrı qayda müəyyən edilməmişdirsə, şəxsin” sözləri ilə əvəz edilsin.

XVII. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 7, maddə 405; 2001-ci il, № 11, maddələr 689, 690, № 12, maddə 736; 2002-ci il, № 5, maddə 242; 2003-cü il, № 1, maddələr 11, 16, № 6, maddə 256; 2004-cü il, № 1, maddə 10, № 4, maddə 202, № 5, maddə 314, № 6, maddə 397; 2005-ci il, № 2, maddə 62; 2006-cı il, № 2, maddə 67) aşağıdakı əlavələr və dəyişiklik edilsin:

1. 8-ci maddədə 4-cü bənddə ikinci cümlədə “bələdiyyələr” sözündən sonra “inzibati qaydada və (və ya)” sözləri əlavə edilsin.

2. 53-cü maddənin adından “məhkəməyə” sözü çıxarılsın, maddənin mətnində “məhkəməyə” sözündən əvvəl “inzibati qaydada və (və ya)” sözləri əlavə edilsin.

XVIII. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 10; 2001-ci il, № 11, maddə 687, № 12, maddə 740; 2002-ci il, № 5, maddə 241, № 6, maddə 328, № 12, maddə 706; 2004-cü il, № 5, maddə 318; 2005-ci il, № 4, maddə 281, № 8, maddə 699, № 10, maddə 903, № 11, maddə 993; 2007-ci il, № 1, maddə 4) 24-cü maddəsinin altıncı hissəsində “bir ay müddətində” sözləri “inzibati qaydada və (və ya)” sözləri ilə əvəz edilsin.

XIX. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 11; 2001-ci il, № 12, maddə 736; 2004-cü il, № 12, maddə 973; 2005-ci il, № 8, maddə 684) 32-ci maddəsində “Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada” sözləri “inzibati qaydada və (və ya)” sözləri ilə əvəz edilsin.

XX. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 3, I kitab, maddə 126; 2002-ci il, № 12, maddə 702; 2004-cü il, № 7, maddə 505; 2006-cı il, № 12, maddə 1006) aşağıdakı əlavələr edilsin:

1. 9.5-ci maddədə “(onlardan biri)” sözlərindən sonra “inzibati qaydada və (və ya)” sözləri əlavə edilsin.

2. 161.2-ci maddədə “etməsindən” sözündən sonra “inzibati qaydada və (və ya)” sözləri əlavə edilsin.

XXI. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 4, I kitab, maddə 250; 2002-ci il, № 12, maddə 709; 2003-cü il, № 8, maddə 420; 2004-cü il, № 3, maddə 123, № 5, maddə 318; 2004-cü il, № 6, maddə 415, № 10, maddə 761, № 11, maddə 901; 2005-ci il, № 2, maddə 61, № 6, maddə 466, № 8, maddələr 684, 692, 693; № 11, maddə 996, № 12, maddə 1085; 2006-cı il, № 2, maddə 68, № 3, maddə 225, № 5, maddə 387, № 6, maddə 478, № 8, maddə 657, № 12, maddə 1005; 2007-ci il 1 fevral tarixli 234-lllQD nömrəli Qanunu) aşağıdakı əlavələr edilsin:

1. 997.9-cu maddədə birinci cümlədə “tətbiq edilməsindən” sözlərindən sonra “inzibati qaydada və (və ya)” sözləri əlavə edilsin.

2. 1078-13.4-cü maddədə “emitent” sözündən sonra “inzibati qaydada və (və ya)” sözləri əlavə edilsin.

XXII. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, I kitab, maddə 583; 2001-ci il, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002-ci il, № 5, maddə 249, № 12, maddə 707; 2003-cü il, № 8, maddə 425, № 12, I kitab, maddə 671; 2004-cü il, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005-ci il, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081) 15.1.9-cu maddəsində “məhkəməyə” sözündən əvvəl “inzibati qaydada və (və ya)” sözləri əlavə edilsin.

XXIII. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, I kitab, maddə 584; 2001-ci il, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003-cü il, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005-ci il, № 1, maddələr 5, 6, № 2, maddə 61, № 4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə 576, № 8, maddələr 691, 692, № 10, maddələr 875, 877, 904, № 11, maddələr 993, 994, 995, №12, maddələr 1083, 1085; 2006-cı il, № 2, maddələr 64, 68, № 3, maddələr 219, 220, 223, 225, № 5, maddə 385, № 6, maddə 478, № 11, maddələr 923, 924, 932, № 12, maddələr 1005, 1020, 1024; 2007-ci il, № 1, maddələr 3, 4, № 2, maddələr 65, 68; Azərbaycan Respublikasının 2007-ci il 1 fevral tarixli 236-IIIQD nömrəli, 27 fevral tarixli 251-IIIQD nömrəli, 6 mart tarixli 260-IIIQD nömrəli, 17 aprel tarixli 313-IIIQD, 317-IIIQD, 320-IIIQD nömrəli, 1 may tarixli 322-IIIQD nömrəli, 31 may tarixli 357-IIIQD nömrəli və 16 iyun tarixli 391-IIIQD nömrəli qanunları) aşağıdakı məzmunda 348-1-ci maddə əlavə edilsin:

“Maddə 348-1. İnzibati icraat haqqında qanunvericiliyin pozulması

348-1.0. İnzibati icraat haqqında qanunvericiliyin pozulmasına, yəni:

348-1.0.1. inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarların qəbul olunmasına və ya qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması əsas hesab edilərək müvafiq qərarın qəbulundan imtina edilməsinə yaxud fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədlərin qəbulundan imtina edilməsinə;

348-1.0.2. inzibati orqan tərəfindən fiziki və ya hüquqi şəxslərin müraciətinə əsasən ərizələrin və inzibati icraatla bağlı digər formulyarların (blankların) nümunələrinin onlara verilməməsinə;

348-1.0.3. inzibati orqanın mənafeyini təmsil edən vəzifəli şəxsin qanunvericilikdə nəzərdə tutulmuş hallarda inzibati icraatda iştirakına və özü-özünə etiraz etməməsinə və ya qanunvericiliklə iştirakına yol verilmədiyi hallarda ekspertin, mütəxəssisin və ya tərcüməçinin inzibati icraatda iştirakına;

348-1.0.4. inzibati orqan tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında ərizəçiyə arayışın verilməməsinə və ya göndərilməməsinə yaxud qanunvericilikdə nəzərdə tutulmuş hallarda təkrar ərizənin yoxlanılmamasına və ərizə ilə bağlı müvafiq qərarın qəbul edilməməsinə və ya inzibati icraatda iştirak edən şəxslərin təqdim etdiyi və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətlərinin işə aid olmaması və ya əsassız olması səbəbindən qəbulundan imtina edilməsinə yaxud maraqlı şəxsdən qanunvericilikdə nəzərdə tutulduğundan əlavə hər hansı digər sənədin və ya məlumatın tələb edilməsinə;

348-1.0.5. inzibati aktın qəbul edilməsi, inzibati akta edilən düzəlişlər, inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə inzibati orqan tərəfindən maraqlı şəxslərə və ya onların nümayəndələrinə qanunda nəzərdə tutulmuş qaydada məlumatın verilməməsinə;

348-1.0.6. inzibati orqan tərəfindən inzibati icraatda iştirak edən şəxslərin, zəruri hallarda isə şahidlərin, ekspertlərin, tərcüməçilərin və digər orqanların nümayəndələrinin inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar edilməməsinə;

348-1.0.7. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərarın müəyyən edilmiş müddət ərzində qəbul olunmamasına və ya inzibati şikayətin və icraatla bağlı materialların qanunvericilikdə nəzərdə tutulmuş hallarda və müddətdə şikayət instansiyasına göndərilməməsinə görə -

şərti maliyyə vahidinin otuz beş mislindən səksən mislinədək miqdarda cərimə edilir.”.

XXIV. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il № 10, maddə 710; 2001-ci il, № 9, maddə 576, № 11, maddə 675; 2003-cü il, № 1, maddə 16; 2005-ci il, № 4, maddə 278, № 8, maddə 684, № 10, maddə 908) 17.4-cü maddəsində “imtinadan” sözündən sonra “inzibati qaydada və (və ya)” sözləri əlavə edilsin.

XXV. “Qiymətli kağızlar bazarında investorların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 10, maddə 711; 2002-ci il, № 12, maddə 706) 4-cü maddəsindən “vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” sözləri çıxarılsın.

XXVI. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 3, maddə 114; 2003-cü il, № 6, maddə 277; 2004-cü il, № 8, maddə 598, № 11, maddə 901, №12, maddə 973; 2007-ci il, № 1, maddə 3) aşağıdakı əlavələr və dəyişiklik edilsin:

1. Qanuna aşağıdakı məzmunda 4.4-cü maddə əlavə edilsin:

“4.4. İnzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktlar (bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar istisna olmaqla), o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada icra edilir.”.

2. 6.1.7-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və Qanuna aşağıdakı məzmunda 6.1.8-ci maddə əlavə edilsin:

“6.1.8. Bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar.”.

XXVII. “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 10, maddə 583; 2004-cü il, № 1, maddə 10; 2005-ci il, № 4, maddə 278, № 6, maddə 469; 2006-cı il, № 11, maddə 932, № 12, maddə 1005) aşağıdakı əlavələr edilsin:

1. 16.9-cu maddədə “məhkəməyə” sözündən əvvəl “inzibati qaydada və (və ya)” sözləri əlavə edilsin.

2. 18.5-ci maddənin üçüncü cümləsində “bir ay müddətində” sözlərindən sonra “inzibati qaydada və (və ya)” sözləri əlavə edilsin.

XXVIII. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 2, № 8, maddə 415; 2004-cü il, № 8, maddə 598) 11-ci maddəsinə aşağıdakı əlavələr edilsin:

1. maddənin adında “məhkəmə icraatında” sözlərindən əvvəl “inzibati icraatda,” sözləri əlavə edilsin.

2. Qanuna aşağıdakı məzmunda 11.8-ci maddə əlavə edilsin:

“11.8. İnzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən inzibati icraat dövlət dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır. İnzibati icraatda iştirak edən və icraatın aparıldığı dili bilməyən şəxslərə tərcüməçinin xidmətindən istifadə etmək hüququ izah və təmin edilir.”.

XXIX. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 461) 13.5-ci maddəsində “maraqlı şəxsin” sözlərindən sonra “inzibati qaydada və (və ya)” sözləri əlavə edilsin.

XXX. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 685; 2006-cı il, № 11, maddə 932) aşağıdakı dəyişiklik və əlavə edilsin:

1. 7.5-ci maddədə “qanuna uyğun olaraq” sözləri “inzibati qaydada və (və ya)” sözləri ilə əvəz edilsin.

2. 17.4-cü maddədə “məhkəməyə” sözündən əvvəl “inzibati qaydada və (və ya)” sözləri əlavə edilsin.

XXXI. Bu Qanun Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə eyni gündə qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 oktyabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin