Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

İORDANİYA HAŞİMİLƏR MƏMLƏKƏTİNİN MƏLİKİ ƏLAHƏZRƏT II ABDULLAYA

Əlahəzrət, 

İordaniya Haşimilər Məmləkətinin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün İordaniya xalqını təbrik edirəm.

Azərbaycan ilə İordaniya arasındakı dostluq münasibətlərindən böyük məmnunluq duyuram. Əminəm ki, qarşılıqlı səylərimiz sayəsində əlaqələrimizi daha da genişləndirəcək, hər cəhətdən faydalı əməkdaşlığa nail olacağıq.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İordaniya xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 may 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin