SİYASƏT
İORDAN ÇAYININ QƏRB SAHİLİNDƏKİ QEYRİ-QANUNİ MƏSKƏNLƏR LƏĞV EDİLƏCƏK
İsrailin Müdafiə Nazirliyi İordan çayının Qərb sahilindəki 6 qeyri-qanuni məskənin dərhal ləğv edilməsi barədə sərəncam vermişdir. Bu işə və sakinlərin oradan köçürülməsinə artıq avqustun 2-də axşam başlanacaq, bununla razılaşmayanlara qarşı, lazım gələrsə, zor tətbiq olunacaqdır.
Yəhudi köçkünlər İordan çayının Qərb sahilində, bir qayda olaraq, əsas məskunlaşma ərazisini genişləndirmək, yaxud yaxınlıqdakı yüksəklikləri nəzarət altına almaq yolu ilə bu ərazinin təhlükəsizliyini təmin etmək üçün məskənlər salırlar.
İsrailin baş naziri Ariel Şaron Vaşinqtonda Prezident Corc Buşa vəd etmişdir ki, İsrail hökuməti ən azı 12 qeyri-qanuni məskənin sökülməsi haqqında sərəncam verəcəkdir. Bu, “Yol xəritəsi” adlı dincliklə nizamlama planının bir hissəsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [10:34]
Qərbi Azərbaycan İcması bəyanat yayıb
- 27.03.2024 [20:51]