İDMAN


IOS tətbiqi üçün Formula 1 Mobile Racing oyunu buraxılacaq

Bakı, 19 oktyabr, AZƏRTAC

Formula 1 sahibləri payızda “Codemasters” şirkəti ilə birlikdə 2018-ci il mövsümünün motivləri əsasında ödənişsiz Formula 1 Mobile Racing oyununu buraxacaqlar. Müəlliflər oyunun keyfiyyətinə görə əvvəlki versiyalardan geri qalmayacağını vəd edirlər. Oyun Android və IOS platformalarında təqdim edilir.

Oyun iOS üçün oktyabrın 18-də buraxılacaq. Anroid üçün isə vaxt hələlik məlum deyil.

Yürüş 21 tras üzrə keçirilir. Oyunda cari mövsümün bütün komandaları və yürüşçülər iştirak edirlər. İştirakçılar öz maşınlarını sazlaya, nizamlaya və yenilərini əldə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.