SİYASƏT
İPOTEKA KREDİTİ HESABINA ALINAN YAŞAYIŞ SAHƏSİNİN ALQI-SATQISI ÜÇÜN ÖDƏNİLƏN DÖVLƏT RÜSUMUNUN MƏBLƏĞİ MÜƏYYƏN EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, ipoteka kreditləri ilə alınmış mənzillərə görə ödənilən dövlət rüsumunun məbləği qanunla müəyyən edilmişdir. Milli Məclis bu məsələ ilə bağlı Mülki Məcəlləyə və “Dövlət rüsumu haqqında” Qanuna əlavə və dəyişikliklər etmişdir. Əlavələrə əsasən, ipoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün Bakı şəhərində 110 manat, digər şəhər və rayonlarda 44 manat dövlət rüsumu ödəniləcəkdir.
Qanunvericilikdə nəzərdə tutulan güzəştli ipoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün isə Bakı şəhərində 55 manat, digər şəhər və rayonlarda 22 manat rüsum müəyyən edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [10:34]
Qərbi Azərbaycan İcması bəyanat yayıb
- 27.03.2024 [20:51]