Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

IP kameralarımızı kiberhücumlardan necə qoruyaq?

IP kameralarımızı kiberhücumlardan necə qoruyaq?

Bakı, 21 iyul, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti ictimaiyyətin məlumatlandırılması məqsədilə təhlükəsizlik kamerasının təhlükədə olduğunu müəyyənləşdirməyin yollarını və onları kiberhücumlardan qorumağın qaydalarını açıqlayıb.

AZƏRTAC Elektron Təhlükəsizlik Xidmətinin tövsiyələri təqdim edir.

Aşağıdakı hallar təhlükəsizlik kamerasının təhlükədə olduğuna işarədir:

- təhlükəsizlik kamerasından qəribə səslər gəlirsə: kameranın hücuma məruz qaldığının əsas əlamətlərindən biri kameradan gələn qəribə səslərdir. Bu, kameranın haker tərəfindən işə salınması və ya idarə edilməsinin göstəricisidir.

- kameranın təhlükəsizlik parametrləri dəyişdirilibsə: kameranın sındırıldığının digər nəzərəçarpan əlaməti təhlükəsizlik parametrlərinin dəyişdirilməsi və ya şifrənin standart parol olaraq təyin edilməsidir.

- kamera qeyri-adi şəkildə dönərsə: kamera hərəkətlərinizi izləyir və ya adi haldan fərqli bir istiqamətdə hərəkət edirsə, bu kameranın hakerlər tərəfindən idarə olunması ehtimalı çox yüksəkdir.

- əgər LED işığı yanırsa: kameranı açmadığınız halda LED işığı yanırsa, bu, kameranın başqası tərəfindən idarə olunduğunu göstərir.

Elektron Təhlükəsizlik Xidməti təhlükəsizlik kameralarını kiberhücumlardan qorumaq üçün aşağıdakı qaydalara əməl edilməsini tövsiyə edir:

• Təhlükəsizlik kameralarını yalnız nüfuzlu və etibarlı təchizatçıdan alın. Ən vacib addım kameranı almazdan öncə məhsulun təhlükəsizlik səviyyəsi (ötürülən məlumatların şifrlənib-şifrlənmədiyi, şifrlənmənin etibarlılığı, proqram təminatı yeniləməsinin mümkün olub-olmadığı, texniki dəstək xidməti və s.) barədə məlumat əldə etməkdir.

• IP kameranın SSL/TLS və WPA2-AES şifrləməsi kimi əsas təhlükəsizlik xüsusiyyətlərinə sahib olduğundan əmin olun. Belə ki, SSL/TLS şifrlənməni dəstəkləməyən cihazlar məlumatları açıq şəkildə ötürür. Bu da IP kameraları kiberhücumlara məruz qoyur.

• “Wi-Fi” şəbəkənizi və routeri düzgün konfiqurasiya edin. “Wi-Fi” şəbəkənizin təhlükəsizliyini təmin etmək IP kameralarınızı qorumaq üçün ilk və ən sadə addımdır. Bura WPA2-AES şifrləmədən istifadə, standart şəbəkə adının (SSID) dəyişdirilməsi, router üçün standart istifadəçi adı və parolların dəyişdirilməsi, güclü parollardan istifadə, UpnP funksiyasının söndürülməsi və digər tədbirlər daxil ola bilər.

• Standart şifrələri dəyişin və güclü şifrələrdən istifadə edin. Təcrübə göstərir ki, IP kameralarına kənar müdaxilənin əsas səbəbi standart şifrələrin dəyişdirilməməsi və ya şifrlənmədən istifadə olunmamasıdır. Bu olduqca təhlükəlidir. Şifrə yaradarkən böyük və kiçik hərflərin, rəqəm və simvolların kombinasiyasından istifadə edin. Şifrələri mütəmadi olaraq yenilməyi unutmayın.

• Standart HTTP və TCP port nömrələrini dəyişdirin. Standart HTTP və TCP portunun dəyişdirilməsi kameranızın təhlükəsizliyini xeyli artıra bilər. HTTP və TCP portları uzaqdan şəbəkəyə çıxış üçün istifadə olunur. Bu iki portu 1025 ilə 65535 aralığında istənilən port nömrəsinə təyin edə bilərsiniz.

• HTTPS/SSL şifrlənməni aktivləşdirin. Kameranız veb-brauzer vasitəsilə girişi dəstəkləyirsə, HTTPS-i aktivləşdirmək üçün SSL sertifikatı yaratmalısınız. HTTPS-i işə saldıqdan sonra kamera və müştərilər arasında məlumat şifrələnməyə başlayır.

• Kameranın proqram təminatını (firmware) rəsmi mənbələrdən mütəmadi olaraq yeniləyin. İstehsalçılar adətən boşluqları aradan qaldırmaq üçün proqram versiyalarını yeniləyir. İstehsalçının saytına daxil olaraq ən son yeniləmələrdən xəbərdar olun.

• “Uzaqdan onlayn izləmə” funksiyasını söndürün. Bir çox təhlükəsizlik kamerası uzaqdan evinizi izləməyə imkan verir. Bu, eləcə də hakerlərə uzaqdan kameranıza daxil olmağa imkan verir. İstifadə etmədiyiniz müddətdə bu funksiyanı söndürün.

• Təhlükəsizlik sisteminə daxil olarkən istifadə etdiyiniz cihazların sayını məhdudlaşdırın. Sistemə daxil olmaq üçün şəxsi mobil telefonlar və kompüterlərdən istifadə edin. Sistem təhlükəsizliyini riskə atmamaq üçün ortaq istifadə olunan kompüterlərlə sistemə daxil olmaqdan çəkinin.

• Sisteminizi xarici təhdidlərdən qorumaq üçün “firewall” və antivirus quraşdırın.

• İstifadə etmədiyiniz müddətdə veb-kameraları söndürün. Noutbuklarda və ya kompüterlərdə veb-kameranı söndür/yandır funksiyası mövcuddur. Mümkün müdaxilə zamanı özünüzü qorumaq üçün istifadə etmədikdə bu funksiyanı söndürün. Eyni proseduru mikrofon üçün də tətbiq edə bilərsiniz.

• Veb-kameranızın üzərini örtün. Absurd görünsə də, veb-kameralar vasitəsilə bizi görmək və eşitmək üçün zərərli proqramlar hazırlandığından tədbirli davranmaq məcburiyyətindəyik. Yapışqan lent və ya adekvat məhsul vasitəsilə istifadə etmədiyiniz müddətdə kameranın üzərini bağlayın.

• Şifrəni bərpa üçün istifadə olunan elektron poçtları qoruyun. Düşünün, bədniyyətli bütün şifrlərinizin bərpası üçün istifadə etdiyiniz e-poçta daxil olsa, nə baş verə bilər? Buna ən yaxşı alternativ hər məqsəd üçün ayrıca e-poçtdan istifadə etməkdir.

• Kameralarınızı hər kəs üçün əlçatmayan, təhlükəsiz yerdə quraşdırın.

• Onlayn izləmə üçün ictimai “Wi-Fi” şəbəkələrindən istifadə etməyin. Kibercinayətkar oxşar şəbəkə yaradaraq sizi aldada və ya bu kimi şəbəkələr hər kəs üçün əlçatan olduğundan və qorunmadığından məlumatlarınız ələ keçirilə bilər.

Yuxarıda qeyd edilən tövsiyələr təkcə IP kameralar üçün deyil, internetə qoşulan bütün cihazlar üçün tətbiq edilməlidir. İnternet bağlantısından istifadə edən istənilən cihazı almadan öncə məhsulun kiberhücumlara qarşı nə qədər təhlükəsiz olduğunu araşdırmaq tövsiyə olunur. Cihaz konfiqurasiya olunarkən yuxarıda qeyd edilən təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi təmin edilməlidir.

Xatırladaq ki, kiberinsidentlə üzləşdikdə www.cert.az saytı və [email protected] elektron poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilərsiniz.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb