İQTİSADİYYAT
İQTİSADÇI ALİMLƏR 2004-CÜ İLİN BÜDCƏ LAYİHƏSİNİ MÜZAKİRƏ EDİRLƏR
“HEYDƏR ƏLİYEVİN İQTİSADİ İDARƏETMƏ MƏKTƏBİ”NİN NÖVBƏTİ MƏŞĞƏLƏSİ
Məşğələni universitetin rektoru akademik Əli Abbasov açmış, məktəbin rəhbəri akademik Asəf Nadirov idarə etmişdir.
Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov, Maliyyə, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət Gömrük Komitəsinin nümayəndələri Fazil Fərəcov, Akif Musayev, İlqar Rəhimov, Zaur Zeynalov dövlət büdcəsi layihəsinin əsas istiqamətləri, mahiyyəti, tərkib hissələri, onların formalaşdırılması yolları barədə məlumat vermişlər.
Milli Məclisin deputatı, professor Xanhüseyn Kazımlı, universitetin prorektoru Mirdaməd Sadıqov, iqtisad elmləri doktorları - Mirələm Həsənli, Həsən Allahverdiyev, Tofiq Quliyev, dosent Şakir Bədəlov layihə barədə rəylərini bildirmiş, onun sosial və sərmayəyönümlü olduğunu vurğulamışlar. Alimlər təkliflərini də söyləmişlər.