İQTİSADİYYAT
İQTİSADİ İNKİŞAF NAZİRLİYİNİN MƏIUMATI
Azərbaycan Respublikası Prezidentinin qaçqın və məcburi köçkünlərə diqqət və qayğının daha da artırılması istiqamətindəki son Fərmanları hər bir dövlət qurumu qarşısında mühüm vəzifələr qoyur. Bu Fərmandan irəli gələn vəzifə kimi qaçqın və məcburi köçkünlərə diqqəti daha da artıran İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri Füzuli rayonunda olmuş, buarda məskunlaşmış qaçqınlarla görüşmüşlər.
Nazirliyin nümayəndələri erməni millətçilərinin işğalçı siyasəti nəticəsində talelərinə qaçqın həyati yaşamaq düşmüş soydaşlarımıza 30 ton un, 2,7 ton yağ, 2,7 ton qənd, 3 ton düyü, 600 kiloqram quru çay paylamışlar.
Əməkdaşlarımız burada fəaliyyət göstərən məktəb və uşaq bağçalarında da olmuşlar. Onlar şagirdləri Bilik günü münasibətilə təbrik etmiş, məktəblərə yazı lövhələri, partalar hədiyyə etmiş, balaca soydaşlarımızı sovqatlarla sevindirmişlər.
Füzuli rayonunda məskunlaşmış qaçqınlar onlara göstərilən böyük diqqət və qayğı üçün Azərbaycan Respublikasının Prezideti cənab Heydər Əliyevə minnətdarlıqlarını bildirmiş, işğal olunmuş torpaqlarımızın azad edilməsi istiqamətində həyata keçirilən tədbirləri ürəkdən dəstəklədiklərini vurğulamışlar.