İQTİSADİYYAT
İQTİSADİ İNKİŞAF NAZİRLİYİNİN MƏLUMATI
Azərbaycan Respublikası Prezidentinin ölkə sahibkarları ilə 25 aprel 2002-ci il tarixdə keçiriləcək görüşünə İqtisadi İnkişaf Nazirliyində geniş hazırlıq işləri aparılır.
Görüşün təşkili üçün nazirlikdə əlaqədar qurumların əməkdaşlarından ibarət Əlaqələndirmə Mərkəzi yaradılmışdır. Tədbirin keçirilməsinə sahibkarlar tərəfindən böyük maraq göstərildiyini nəzərə alaraq, bütün müraciətləri cavablandırmağa imkan verən telefon şəbəkəsi, kompüter və s. avadanlıq quraşdırılmışdır. Müraciətlərin qəbul edilməsinin operativliyini təmin etmək üçün növbəli iş rejiminə keçilmişdir. Əlaqələndirmə Mərkəzinə telefonla və fərdi qaydada olunan müraciətlər sahibkarlıq fəaliyyətinin növləri, mövcud problemlər, onların həlli ilə bağlı təkliflərin əks olunduğu xüsusi formalara işlənilir, kompüter vasitəsilə ümumiləşdirilir və qeyd olunan göstəricilər üzrə qruplaşdırılır.
Azərbaycan Respublikasının Prezidenti ilə keçiriləcək görüşdə iştirak etmək arzusunda olan çoxsaylı sahibkarlardan İqtisadi İnkişaf Nazirliyinə müraciətlər daxil olmaqda davam edir.