İQTİSADİYYAT


İQTİSADİ İNKİŞAF NAZİRLİYİNİN MƏLUMATI

İqtisadi İnkişaf Nazirliyinin əmlakın inventarlaşdırılması bürosu daxil olmuş sifarişlər üzrə texniki pasportların işlənməsini həyata keçirir.

Ötən ay ərzində 166 obyektin texniki pasportları hazırlanmış və sifarişçilərə verilmişdir.

Bundan başqa, büro tərəfindən mart ayında “Azərenerji” SC-nin Zeyxur, Şəki, Quba və Qusar kiçik su elektrik stansiyalarında, “Azərxalça” Elm-Yaradıcılıq İB-nin Yardımlı, Lerik və Lənkəran rayonlarında yerləşən xalçaçılıq istehsalat müəssisələrində, 9 saylı Xanlar ixtisaslaşdırılmış təmir-tikinti idarəsində, Lənkəran mexanikləşdirilmiş müəssisəsində, respublika elmi bərpa sənaye kombinatında və s. yerlərdə texniki inventarlaşdırma işləri başa çatdırılmışdır.

İnventarlaşdırma işlərinin başa çatdığı müəssisə və obyektlərdə texniki pasportların hazırlanması işləri də yerinə yetiriləcəkdir.

Ümumiyyətlə, 2002-ci ilin ötən dövrü ərzində əmlakın inventarlaşdırılması bürosu müəssisə və obyektlərdən daxil olmuş sifarişlər əsasında onların texniki inventarlaşdırılmasını həyata keçirmiş, 698 obyektin texniki pasportunu hazırlamışdır.

Texniki inventarlaşdırma və texniki pasportların hazırlanması ilə bağlı müəssisə və obyektlər mülkiyyət formasından asılı olmayaraq İqtisadi İnkişaf Nazirliyinin əmlakın inventarlaşdırılması bürosuna müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.