SİYASƏT
İQTİSADİ İNKİŞAF NAZİRLİYİ İLƏ BMT ARASINDA İNKİŞAFA YARDIM ÇƏRÇİVƏ SƏNƏDİ İMZALANMIŞDIR
Bu sənədin məqsədi Azərbaycan Hökuməti ilə BMT agentlikləri arasında gələcək beş illik əməkdaşlıq dövründə bu beynəlxalq qurumun respublikamızda həyata keçirilən proqramlarını ölkənin inkişafının əsas istiqamətlərinə və ehtiyaclarına uyğun təşkil etməkdən ibarətdir.
İnkişafa Yardım Çərçivə Sənədinə uyğun olaraq, BMT 2005-2009-cu illərdə Azərbaycan Hökumətinə qeyri-neft sektorunda məşğulluğun səviyyəsinin artırılması, insan hüquqlarının müdafiəsinin vətəndaş cəmiyyətinin iştirakı ilə və beynəlxalq standartlara müvafiq olaraq təkmilləşdirilməsi, əhalinin, xüsusilə də aztəminatlı təbəqənin sağlamlığının və qidalanmasının yaxşılaşdırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, həmçinin gender bərabərliyi və vətəndaş cəmiyyətinin inkişafı sahəsində yardım edəcəkdir.
Qeyd edək ki, İnkişafa Yardım Çərçivə Sənədi bundan əvvəl BMT-nin İnkişaf Proqramı (BMTİP), BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Uşaq Fondunun (UNİCEF) 2005-2009-cu illəri əhatə edən proqramları 2004-cü il martın 19-da müvafiq nazirliklərin, beynəlxalq donor təşkilatlarının, özəl sektorun və QHT-lərin nümayəndələrinin iştirakı ilə Birgə Strategiya görüşündə müzakirə olunub razılaşdırılmışdır.