İQTİSADİYYAT
İQTİSAD UNİVERSİTETİNDƏ GÖRÜŞ
Görüşü açan rektor əvəzi Telman Hüseynov demişdir ki, yoxsulluq bir çox ölkələrin qarşılaşdığı ən böyük problemlərdən biridir. MDB məkanında, o cümlədən ölkəmizdə yoxsulluğu törədən əsas amil bazar iqtisadiyyatına keçidin doğurduğu fəsadlardır. Lakin dövlət vəziyyətdən çıxış yolu tapmağa çalışır. Yeni neft strategiyasının həyata keçirilməsindən əldə olunan gəlirin vətəndaşların, ilk növbədə, qaçqınların və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilməsi, qeyr-neft sahələrinin inkişafı, sahibkarlığa dövlət qayğısının gücləndirilməsi bu istiqamətdə atılan sanballı addımlardır. Bu sahədə görülən tədbirlər içərisində 2003-2005-ci illəri əhatə edən “Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” diqqəti xüsusi cəlb edir.
Katibliyin məlumatlandırma layihəsinin əlaqələndiricisi Sakit Hüseynov, ekspertlər Yadulla Həsənov, Vəfa Mütəllimova, Amin Çərkəzov “Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, onun həyata keçirilməsi ilə bağlı ötən il görülmüş işlər barədə ətraflı məlumat verdilər. Onlar bildirdilər ki, ümumiyyətlə, proqramda 400 tədbir nəzərdə tutulmuşdur. Bu tədbirlərin reallaşdırılmasına 3 milyard ABŞ dolları lazımdır.
Görüş iştirakçılarını maraqlandıran suallara cavab verildi.