ELM VƏ TƏHSİL


İQTİSAD UNİVERSİTETİNDƏ GÖRÜŞ

AZƏRTAC-ın müxbiri xəbər verir ki, Türkiyənin ölkəmizdəki səfirliyinin təhsil müşaviri Səlahəddin Dikman Azərbaycan Dövlət İqtisad Universitetinin türk dünyası işlətmə fakültəsinin müəllim və tələbələri ilə görüşmüşdür.

Görüşdə Türkiyə vətəndaşlarının Azərbaycan universitetlərində təhsili barədə fikir mübadiləsi aparılmışdır. Qonaq ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafında bu fakültənin də payı olduğunu bildirmişdir. O demişdir ki, əsrlərin sınağından çıxmış Azərbaycan-Türkiyə qardaşlığı bütün sahələrdə, o cümlədən təhsil sahəsində də möhkəmlənir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.