İDMAN


İRADƏ HAŞIMOVA ASİYA ÖLKƏLƏRİ KUBOKUNUN SAHİBİDİR

2002-ci ildə Finlandiyada güllə atıcılığı üzrə dünya çempionatının gümüş mükafatına layiq görülmüş İradə Haşımova martın 11-dən 14-dək İranda keçirilmiş Asiya ölkələri kuboku uğrunda yarışlarda qalib gəlmişdir. Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Azərbaycanın qadınlardan ibarət yığma komandasının heyətində üç idmançı olmuşdur. İradə Haşımova kiçik çaplı tapançadan atəş açmaqda 572 xal, pnevmatik tapançadan atəş açmaqda isə 382 xal toplayaraq Kubokun sahibi olmuşdur. Ruqiyyə Bağırova hər iki növdə dördüncü nəticə göstərmişdir. Komanda hesabında idmançılarımız birinci yer tutmuşlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.