İRANA YENİ XİLASEDİCİ QRUPLARI GÖNDƏRMƏYƏ DAHA EHTİYAC YOXDUR
AzerTAg.az
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, BMT-nin Humanitar Məsələləri Əlaqələndirmə İdarəsinin dekabrın 28-də Cenevrədə yayılmış rəsmi məlumatında deyilir ki, xaricdən İrana xilasedicilərdən ibarət yeni qruplar göndərilməsinə daha ehtiyac yoxdur. İdarənin nümayəndələri bunu zəlzələnin viran qoyduğu Bəm şəhərində xilasetmə işlərinin gedişinə əsasən bildirmişlər.
Həmin gün səhər İranın daxili işlər nazirinin, Şiri-Xurşid Cəmiyyəti rəhbərinin və yerli fövqəladə hallar üzrə əlaqələndiricinin iştirakı ilə keçirilən mətbuat konfransında bildirilmişdir ki, beynəlxalq axtarış-xilasetmə komandalarına daha ehtiyac yoxdur, çünki axtarış-xilasetmə işləri başa çatır.
BMT-nin məlumatına görə, hazırda Bəm şəhərində 16 ölkənin xilasediciləri işləyirlər və burada dava-dərmana, ərzağa, mətbəx ləvazimatına, sobalara, müvəqqəti yaşayış mənzilləri tikmək üçün materiallara daha çox ehtiyac var.
Xəbərin mətnində orfoqrafik səhv var