DÜNYA


İRANDA DAHA İKİ ZƏLZƏLƏ BAŞ VERMİŞDİR

Oktyabrın 14-nə keçən gecə İranda daha iki zəlzələ baş vermişdir. Gilan əyalətindəki Rudbar şəhərciyinin sakinləri Rixter cədvəli ilə 3,7 bal gücündə yeraltı təkanlar hiss etmişlər. 3,5 bal gücündə digər zəlzələ isə Tehran əyalətinin Dəmavənd və Firuzkuh şəhərləri yaxınlığındakı dağlıq bölgələrdə qeydə alınmışdır. Tələfat və dağıntılar haqqında məlumat yoxdur.

İran ərazisinin böyük hissəsi planetimizin ən fəal seysmik zonalarından birində yerləşir. Ölkənin bütün ərazisində, demək olar, hər gün yeraltı təkanlar qeydə alınır. Alimlərin fikrincə, bu, İran yaylasında yer qabığının hərəkətinin fəallaşdığını göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.