DÜNYA


İRANDA QATARIN PARTLAMASI NƏTİCƏSİNDƏ 200-DƏN ÇOX ADAM HƏLAK OLMUŞDUR

AZƏRTAC-ın İRNA agentliyindən aldığı xəbərə görə, fevralın 18-də səhər İranın şimal-şərqində dəhşətli faciə baş vermişdir. Xorasan vilayətinin Nişapur şəhəri yaxınlığında 48 vaqonluq yük qatarının partlaması nəticəsində 200-dən çox adam həlak olmuş, 400-dək insan yaralanmışdır.

Yük qatarında 17 vaqonda kükürd, 6 sisterndə benzin, 7 vaqonda gübrə, 10 vaqonda pambıq və s. olmuşdur.

Qatarın yoldan çıxması və partlayış nəticəsində güclü yanğın başlanmışdır. Hadisədən xəbər tutan kimi yanğınsöndürənlər və xilasedicilər oraya gəlmişlər. Həmin vaxt yeni, çox güclü partlayış baş vermiş, alov ətrafdakı 5 kəndi də bürümüşdür. Nəticədə, 200-dən çox adam – yanğınsöndürənlər, xilasedicilər və kəndlərin sakinləri həlak olmuşdur. Lakin bu, hələ dəqiq məlumat deyildir.

Son məlumata görə, yanğın söndürülmüş, Tehrandan Məşhədə hər iki istiqamətdə qatarların hərəkəti dayandırılmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev faciə ilə əlaqədar İran Prezidenti Məhəmməd Xatəmiyə başsağlığı teleqramı göndərmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.